Xidmətlər

article-0-0576B21F000005DC-407_306x513

  • Məşğələ otağı: 2-3,3-4,4-5,5-6 yaş səviyyəsinə uyğun 4 otaq mövcuddur.Tərbiyəçilər hər gün müxtəlif vəsaitlərdən istifadəedir.Məqsəd bu yaşda körpələrdəoxuma,yazma vərdişləri yaratmaq, hesablama, toplama, çıxma kimi riyazi bilikləri mənimsətmək ,eyni zamanda ana dilindən başqa ingilis və rus dilində aparılan məşğələlər vasitəsilə məktəbə hazırlık biliklərinin aşınmasıdır.Məşğələlər körpəni yormamaq şərti ilə proqrama daxil saatlarda aparılır. Otaqlarda mövcüd olan TV və video qurğular vizual tədrisə xidmət edir.
  • Yataq otağıBu otaqda yaş həddi nəzərə alınaraq qurulub.Otaqlarda iki mərtəbəli çarpayılar antiallergik yataq dəstləri beynəlxalq standartlara cavab verir.Körpələrin yuxu saatında tərbiyəçilər növbə ilə yataq otağında olur.
  • Oyun otağı: Müxtəlif yaş qruplarının özünəməxsus oyun otaqları uşaqların hansı yaşda hansı oyuncaqla necə davranmasına, əqli inkişafına kömək edir.Bu otaqda istifadə olunan oyuncaqlar, materiallar uşaqların inkişaf qabiliyyətini gücləndirir, kollektiv oyunlarla uşaqlar arasında münasibət qurmağa kömək edir.
  • Musiqi otağı: Uşaqlara həftədə bir neçə dəfə nəğmə oxuma ritm musiqi alətlərini tanıma bacarıq dərsləri musiqiyə uyğun ritmik hərəkətlər tədris olunur.Bu da onların eşidərək hissetmə duyma musiqi istedadlarının meydana çıxmasına səbəb olur.
  • Anatomiya otağı: Bu otaqda onlara insan orqanizmi haqqında məlumatlar verilir, dişləri fırçalamaq,əlləri yeməkdən əvvəl yumaq, günorta yuxusunun vacibliyi və s.kimi biliklər aşılanır.
  • Rəsm otağı: Bağçamızda olan əlvan boyalar fırçalar yapışdırıcılar və plastilinlər sağlamlıq üçün tam zərərsizdir.Körpələr tərbiyəçilərin köməyi ilə istiqamətləndirilir, hazırladığı əl işləri ilə valideyn və dostlarını sevindirirlər.
  • Amfiteatr: Dünya və milli cizgi film obrazlarının kostyumları səhnə dekoru təyin olunmuş günlərdə əsl aktyorlarla səhnəni paylaşan körpələr incəsənətlə daha yaxından tanış olur,maraqli təəsüratlarını sevdiyi insanlarla bölüşür.
  • Hovuz: Ondan istifadə etmək tam təhlükəsizdir.Su oyunları və ümumiyyətlə üzgüçülük dərsləri uşaqlarda sağlam həyat tərzinə,fiziki inkişafa həvəs yaradır.Dərslər təcrübəli məşqçilər tərəfindən aparılır.
  • İdman zalı: Burada quruşdurulmuş qurğular uşaqların boyuna,yaş səviyyəsinə uyğundur.Tərbiyəçi nəzarətində aparılan hərəkətli oyunlar proqram əsasında icra edilir.
  • Yay bağçası: Burada körpələrimizin arzuladığı bütün oyun qurğularına rast gəlmək olar.İsti qum hovuzu, əyləncəli yellənçəklər, su sürüşkəni həm təbiətlə yaxından tanış olmağa həm də yeni oyunlar kəşf etməklə kollektiv istirahətə xidmət edir.
  • Mətbəx: Bağçamız yüksək standartlara uyğun avadanlıqlarla təchiz olunaraq fəaliyyət göstərir.Körpələr geniş və işıqlı otaqlarda gün ərzində 4 dəfə qidalanırlar.Həftəlik menyu həkim tərəfindən hazırlanır.Körpələrin sağlamlıq problemi olduğu halda isə qida rasionu ona uyğun seçilir.
  • Qış bağçası: Sağlamlıq xarakterlidir.Təmiz hava qəbulu körpənin orqanizmini möhkəmləndirir,soyuq aylarda müşahidə olunan xəstəliklərdən qoruyur.